Friday, June 29, 2012

Javada Tiplər

Videolu dərsliklərdə hanbal olaraq adlandırdıqlarımızın hərbiri əslində bir tipdir.Yəni ki rəqəm,mətn və.s tiplər var.Bu tiplər hərbirini özünə məxsus məlumat daşıyır.İlk dərslərdə çox geniş məlumat vermədim bu barədə ancaq indi gəlin biraz daha da genişləndirək bildiklərimizi.Çünki Javada çox vacibdir tiplər.
Tiplər iki qrupa ayrılır:

1)İlkin(primitiv) tiplər
2)Referans tiplər

İlkin tiplər: [ int,float,double,boolean,char ]
Referans tiplər: [ Integer,Float,Double,Boolean,Character ]

Düşünün ki Referans tiplərin hərbiri classdır.Class dediyimiz anda bizim ağlımıza ilk olaraq nə gəlir?

Biz xatırlayırsınızsa yeni bir class açırdıq ondaq sonra həmin classın içərisində method yazırdıq.Daha sonra əsas classımızla yeni açdığımız class arasında əlaqə qurub onun içərisində yazdığımız methodumuzu çağırırdıq.

Eyni ilə də Referans tiplərə dedikdə sizin ağlınıza içərisində methodları olan bir class gəlsin.Sadəcə olaraq Referans tiplərin içərisində olan methodlardan istifadə etmək üçün əlaqə koumuzu [ class_adi elaqe = new class_adi(); ] yazmağa ehtiyac yoxdu.

Xatırlayırsınızsa əlaqə kodumuz qurduqdan sonra elaqe yazıb nöqtə qoyub classın içərisindəki methodun adınızı yazırdıq.

Eyniylə də Referans tiplərin içərisindəki methodlardan istifadə etməklə elaqe sözü əvəzinə Referansın adını yazıb nöqtə qoyuruq və Neatbeans özü kömək üçün Referansın içərisindəki methodları göstərəcəkdir.İstədiyimiz methoddan istifadə edirik.

Aşağıdakı koda diqqət yetirin Integer referansının içərisindəki parseInt(); -methodundan istifadə edəcəm.


public static void main(String[] args) {

String yazi = "14";

int b = Integer.parseInt(aa);

System.out.println("netice:" + b);

}

parseInt(); - methodu String tipindəki ədədi int tipinə çevirir.