Wednesday, September 12, 2012

Cloud Hosting nədir?

Cloud hosting birneçə serverdən ibarət olan sistemdir.

Siz normal Web hosting alarkən...
  • deyəlim 3Gb həcm alırsınız ancaq sadəcə olaraq 1Gb istifadə etməyinizə baxamayaraq 3Gb-ın pulu ödəyirsiniz.
  • 3Gb həcm alırsınız istifadə etdiyiniz həcm 3Gb-ı keçən kimi saytınız bağlanır
  • aylıq traffik 1Gb alırsınız ancaq 50mb istifadə edirsiniz pulu 1Gb-a görə ödəyirsiniz..
  • aylıq traffik 1Gb alırsınız ancaq trafikiniz 1Gb keçdikdə saytınız bağlanır.
  • serverdə hərhansı bir nasazlıq olan kimi saytınız bağlanır
bütün bu problemlərin həlli cloud hostingdə həll olunur.

Cloud hosting alarkən sizin saytınızın ehtiyacına uyğun şəkildə disk həcimini, traffikini verir və saytınızın istifadə etdiyi qədər pul ödəyirsiniz.Ən başda dediyimiz kimi bir neçə serverdən ibarət olduğu üçün birində nasazlıq olduqda digərləri işə düşür.Beləliklə sizin saytınız daim işləyir və ehtiyacınıza uyğun məbləğdə pul ödəmiş olursunuz.Mənim cloud hosting istifadə etdiyim işim..

http://apps.facebook.com/cerime_zerbesi

Əgər çox vacib saytınız varsa və daim işləməyi vacibdirsə onda Cloud hostingdən mütləq istifadə edin.

Friday, September 7, 2012

Phpdə Curl

PHP, Daniel Stenberg tərəfindən yazılan libcurl kitabxanasını dəstəkləyir. libcurl kitabxanası fərqli protokollarla əlaqə qurmağımıza kömək edir. libcurl, halhazırda http, https, ftp, gopher, telnet, dict, file ve ldap protokollarını dəstəkləyir. Hətta, HTTPS sertifikatlarını, HTTP POST, HTTP PUT, FTP yükləmə, HTTP form yükləməsini,proxyləri, cookieləri ve istifadəçi adı və şifrə təstiqləməsini də dəstəkləyir.

Siz Curldan istifadə edərək aşağıdakıları edə bilərsiniz.
Ödəmə işlərini.
Faylları,səhifələri yükləmək və endirmək.
Saytlara istifadəçi adı və şifrə ilə saytdakı hesabınıza daxil olmaq və.s.

Curl aşağıdakı ardıcıllıqla kodlaşdırılır.

curl_init – Başlatma hissə.

curl_opt – Bu hissə əsas hissə olub nə etmək istədiklərimizi yazırıq.

curl_exec – Yuxarıdakı tələblərimizi yerinə yetirir.

curl_close – Kodumuzu sonlandırır.

<?php
//başlatdıq
$start = curl_init();

//----tələblərimiz-----//
//burda adresi təyin edirik
curl_setopt($start, CURLOPT_URL, 'http://newsroom.fb.com/');

//tələbimizin tətbiqi
$netice = curl_exec ($start);

//son
curl_close ($start);

?>
Curlda tələblər çoxdu.Daha ətraflı axtarış edib özünüz tətbiq edib yoxlayın.Hətta yoxladığınız kodunuzu şərhdə bizimlə paylaşa bilərsiniz.Uğurlu dərslər.