Sunday, June 2, 2013

Facebookda oyun

Facebookda oyun oynayanlar üçün yeni bir tətbiqetmə, City Ville, Farm Ville və.s bu kimi oyunları oynayan isitfadəçilər adətən qonşulara ehtiyac duyurlar. Daha asanlıqla qonşu tapa bilmək üçün yeni tətbiqetmə hazırladım.

Find Neighbour - http://apps.facebook.com/find_neighbour

JSON nədir?

JSON-nun nə olduğunu bir çox saytdan müxtəlif formalarda izahını tapabilərsiniz. Mən çalışacam biraz daha fərqli formada izah edim.

Mən dərslərimdə həmişə deyirəm yeni başlayanlar üçün dəyişən məlumat daşıyan hanbaldır. array yəni massivlər də hanbaldı sadəcə olaraq çox məlumat daşıyan hanbaldı. Düzdür biz bu hanballar vasitəsi ilə məlumat ötürə bilirik. Ancaq bu bizim üçün kifayət etmir. nəyə görə? Məsən sayt hazırlamısınız, siz bu  hanballarınızı sadəcə həmin sayt daxilində işlədə bilərsiniz. Siz saytınızdakı hansısa bir məlumatı başqa sayta göndərmək istəsəniz artıq sizin bu hanballarınız sizə kömək edə bilməyəcək.Nəinki təkcə iki sayt arasında, həmçinin android proqram ilə saytınız arasında da məlumat ötürmək üçün siz JSON-dan istifadə edə bilərsiniz.
Mən JSON-la facebook tətbiqetmələri ilə məşğul olarkən tanış oldum. Facebook məlumatı JSON tipində göndərir. nümunə olaraq: http://graph.facebook.com/zuck
bu adresdə Mark-ın gördüyünüz bir neçə sadə məlumatı ötürülür.
{
   "id": "4",
   "name": "Mark Zuckerberg",
   "first_name": "Mark",
   "last_name": "Zuckerberg",
   "link": "http://www.facebook.com/zuck",
   "username": "zuck",
   "gender": "male",
   "locale": "en_US"
}
bu məlumatı artıq istənilən proqramlaşdırma dili vasitəsi ilə əldə etmək olar. Məlumatı aldıqdan sonra məlumatı array-formasına salıb artıq istədiyiniz formada istifadə edirsiniz. bildiyim bir neçə array formasına salma üsulu adı:
android üçün - Json Parsing
php üçün     - json_decode($json, true);

yolda gedərkən belə bir şey ağlıma gəldi. Deyəlim telefonda bir faylı bir qovluqdan digərinə daşımaq var, bir də bir telefondan digərinə bluetooth vasitəsi ilə ötürmək. JSON ikinci formaya daxildi, yəni bir saytdan digərinə bluetooth formasında ötürülmə :)