Friday, March 21, 2014

jQuery dərsləri 4

4cü dərs də belə gəldi..
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.

DƏRSİ YÜKLƏ: DƏRS4

Monday, March 17, 2014

SEO şəkillər üçün

Şəkillərin sayta yerləşdirilməsi də SEO baxımından çox vacibdir. Googl şəkli sayta aşağıdakı formada yerləşdirməyi məsləhət görür.

-HTML kodu
<img src="puppy.jpg" alt="Dalmatian puppy playing fetch"> 


-Şəklin adı yerləşdirildiyi səhifənin mətninə müvafiq yazmaq


-Şəkillərin saytın öz hostunda olmasını məsləhət görür, bəzə developerlər aylıq traffiki qorumaq üçün şəkilləri başqa saytlardan sadəcə keçidini alıb yerləşdirirlər, saytın SEOsu baxımından yaxşı deyil.


-Bütün şəkillərə width, height təyin etmək

-Şəkillərə title təyin etmək

-Aşağıdakı şəkil tiplərindən istifadə etmək.
BMP,GIF,JPEG,PNG,Web,PSVG


Aşağıdakı formada əlavə etməyi məsləhət görmür:


-Şəkillərin üzərində müəllif hüquqlarını qorumaq üçün yazılar yazmaq.
[ axtarışda çıxan bu tip şəkillərə istifadəçilər tıqlamadıqlarına görə axtarışdan  saytınıza daxil olan istifadəçi sayı az olacaq ]


-Şəklin adı aşağıdakı kimi yazmaq (şəklin adı şəklə müvafiq olmalıdır)
<img src="1784.jpg" alt="Dalmatian puppy playing fetch">

-alt atributunu sözlərlə doldurmaq
<img src="puppy.jpg" alt="puppy dog baby 
dog pup pups puppies doggies pups litter puppies dog retriever 
 labrador wolfhound setter pointer puppy jack russell terrier 
puppies dog food cheap dogfood puppy food">

Sunday, March 16, 2014

SEO 1

SEO -dan başı çıxan tanışın var??

Ən son mənə bu sual veriləndən sonra, hiss elədim ki, ölkədə SEO məlumatı qıtlığı var. Təcili yazmaq lazımdı..İndi yazacaqlarımı bəlkə də kiməsə desəniz inkar edəcək ki, yox yalandı filan inanmıyın. Çünki google -un özünün yazdıqlarını oxuyub yazıram.. ;)
Aha deməli SEO  bildiyimiz kimi saytın axtarış sistemlərində ön sıralarda gəlməsində bizə kömək edən bir sahədir deyək. SEO vasitəsi ilə biz axtarış sistemlərinə öz saytımızı tanıda bilirik, axtarış sistemlərinin saytımızı tərkibini oxumasına kömək edirik və.s Bəs bunları niyə edirik? Çünki axtarış sistemlərində ön sıralarda gəlmək saytın istifadəçilərinin sayının artması deməkdir. Bir sözlə əsas məqsədimizə çatmaq deməkdir..Ən məhşur axtarış sistemi Google olduğuna görə mən sadəcə Googlu araşdırdım, yəqin ki, digərləri də bundan çox fərqlənməzlər.

1) <title>Saytın adı : Səhifə haqqında 2-3 söz</title>

2) meta description="Sayt haqqında düzgün, təkrarlanan sözlərdən ibarət olmayan, hər səhifənin özünə məxsus açıqlamasının olması məsləhətlidir."

3) meta keywords="vergüllə,ayrılmış,təkrarlanmayan,sözlər,daxil,edirsiniz,bir,sözün,müxtəlif,formalarını,yazıb,doldurmaq,olmaz"

4)<meta name="robots" content="NOODP"> bu tegi də axtarış sistemlərində çıxamasını istəmədiyiniz səhifələrə yerləşdirirsiniz.

hələki bu qədər araşdırdım, araşdırdıqca atacam bura.

jQuery dərsləri 3

bu da 3cü dərsimiz, görək hara kimi apara bilirik.
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.

DƏRS 3 YÜKLƏ

Aranızda blogu olan varsa və məqalə yerləşdirməyə icazə verərsə bir məqalə yerləşdirmək istərdim. Mənlə əlaqə saxlasın

jQuery dərsləri 2

jQuerydən ikinci dərsimiz, yavaş-yavaş öyrənin
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.


Bu arada əl işləri ilə maraqlananlar varsa aranızda,əl işləri olan tanışınız varsa: www.handstore.az

jQuery dərsləri 1

jQuerydən də bildiklərimizdən paylaşaq xalqa, millətə, gənclərə, vətən övladlarına :)
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.

DƏRS1 Yüklə