Mənbə: http://www.rights.az/senednumuneleri/muqavileler/587-ya-ayi-sah-sinin-kiray-si-m-qavil-si
YAŞAYIŞ SAHƏSİNİN KİRAYƏSİ HAQQINDA
M Ü Q A V İ L Ə № ____
Bakı şəhəri “__” ______ 2016-ci il
Biz aşağıda imza edənlər,
bir tərəfdən bundan sonra Kirayəyə verən adlanacaq ___________________ (Ş/V:
AZE №_______, __.__.______-ci il tarixdə _________ tərəfindən verilib), digər tərəfdən
bundan sonra Kirayəçi adlanacaq ___________________ (Ş/V: AZE №_______,
__.__.______-ci il tarixdə _________ tərəfindən verilib) bu müqaviləni
aşağıdakı şərtlərlə bağladıq:
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1.
Bu müqavilə
ilə nəzərdə tutulmuş şərtlərlə Kirayə yəverən 1.2-ci bənddə göstərilmiş ” Azərbaycan
Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət
qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı
_____________ saylı çıxarışa əsasən mülkiyyətində olan mənzili yaşayış sahəsi
qismində istifadə edilməsi üçün Kirayəçinin istifadəsinə verməyi, Kirayəçi isə bunun
qarşılığında hər ay ___ (_________) manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə
götürür.
1.2.
Kirayə predmeti
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E. Həsənov küç. ev 99, mənzil 999
ünvanında yerləşir və ümumi sahəsi 99,99 kv.m. təşkil edir.
2.
ÖDƏNİŞLƏR
Kirayə haqqının ödənilməsi
kirayə münasibətərinin yaranmasından (Muqavilənin 3.1.4-cü bəndində qeyd edilən
Aktın imzalanma tarixindən) başlayaraq hər növbəti ayın 01-dən 05-dək nağd
qaydada həyata keçiriləcəkdir.
3.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1.
Kirayəyə
verənin hüquq və vəzifələri:
3.1.1.
Aylıq kirayə haqqının
vaxtında ödənilməsini Kirayəçidən tələb etmək.
3.1.2.
Hər ayda 1
(bir) dəfə kirayə predmetinə baxış keçirmək.
3.1.3. Kirayə predmetini 3-cü şəxslərin iddiasından, tələb və pretenziyasından azad şəkildə müqavilə
bağlandığı gün ərzində Kirayəçiyə təhvil vermək.
3.1.4. Kirayə
predmetini, onun daxilində olan və məişət təyinatlı avadanlıqları işlək vəziyyətdə,
sanitar-gigiyenik qaydalarına cavab verən şəkildə aktla Kirayəçinin istifadəsinə
verir (akt bu Müqaviləyə əlavə olunur). Aktda həmçinin təhvil-təslim zamanı su,
işıq, qaz və digər kommunal xərclər üzrə cari borclar da əks olunmalıdır.
3.1.5. Kirayəçinin kirayə predmetindən
qanunvericiliyə və müqaviləyə uyğun istifadəsinə
hər cür şərait yaradır, razılaşdırılmış həcmdə və keyfiyyətdə təsərrüfat təyinatlı
ləvazimatları təmin edir.
3.1.6. Kirayəçinin kirayə predmetindən
normal istifadəsi üçün yarana biləcək maneələri aradan qaldırır.
3.1.7. Kirayəçinin təqsiri
olmadan baş vermiş texniki-kommunal (su axıtmadan, qaz sızmadan, elektrik gərginliyinin
artması-azalmasından, yanğın və s.) qəza və zədələnmələri öz vəsaiti hesabına
aradan qaldırır.
3.1.8. Kirayə verən Müqavilə
müddətinin bitməsinədək müqaviləyə xitam vermək istədikdə bu barədə 1(bir) ay
qabaqcadan Kirayəçini xəbərdar etməlidir.
3.2. Kirayəçinin hüquq və vəzifələri:
3.2.1. Kirayə
predmetindən və onun daxilində olan məişət təyinatlı avadanlıqlardan istifadə
edilərkən texniki təhlükəsizlik və sair qaydalara əməl edilməsini təmin etmək.
3.2.2. Kirayə haqqını vaxtında və tam şəkildə ödəyir.
3.2.3. Su,
zibil, kanalizasiya, elektrik və qazdan istifadəyə görə kommunal xidmətlərlə əlaqədar
xərclərin ödənilməsini öz üzərinə götürür.
3.2.4. Kirayə
predmetindən istifadə edərkən kirayə predmetində yaşayan şəxslərin təqsiri
üzündən zədələnmələr baş verdikdə onları öz hesabına aradan qaldırmalıdır.
3.2.5. Müqavilə müddəti qurtardıqda kirayəçi müqavilə
müddətini uzatmaq istəmədikdə kirayə predmetini 20(iyirmi) gün ərzində Kirayəyə
verənə təhvil verməli və bununla əlaqədar heç bir tələb irəli sürməməlidir.
3.2.6. Müqavilə müddətinin bitməsinədək Kirayəçinin kirayə predmetini tərk
etmək istəyi olduqda o bu barədə Kirayə verənə 1(bir) ay qabaqcadan xəbərdarlıq
etməlidir.
3.3. Tərəflər Azərbaycan Respublikası mülki qanunvericiliyindən, bu
müqavilədən və kirayənin mahiyyətindən irəli gələn hüquqlara
sahibdir və vəzifələr daşıyırlar.
3.4. Tərəflər kirayə predmetini və onun daxilində olan məişət avadanlıqlarının
təhvil-təslimini və işlək vəziyyətdə olmasını bu müqavilənin ayrılmaz tərkib
hissəsi olan Akt ilə rəsmiləşdirirlər.
4. TƏRƏFLƏRİN
MƏSULİYYƏTİ
4.1.
Bu müqavilənin
şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər
bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.
4.2.
KİRAYƏÇİnin səhlənkarlığı
və ya təqsiri olaraq baş vermiş texniki-kommunal (su axıtmadan, qaz sızmadan,
yanğından və s.) qəza və zədələnmələri öz vəsaiti hesabına aradan qaldırır. Təbii
fəlakətlər və Kirayəçinin təqsiri olmayan digər hadisələrdən zədələnmələrə görə
Kirayəçi heç bir məsuliyyət daşımayacaq.
4.3. Tərəflər fors-major
hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra
olunmamasına görə məsuliyyətdən azad olunurlar.
4.4. Fors-major hallar tərəflərin
müqavilə bağlayarkən öncədən nəzərdə tutmadıqları zəlzələ və s. təbii fəlakətlər,
tətil, müharibə, terror hadisələri və digər bu kimi hallardır.
5. MÜQAVİLƏNİN MÜDDƏTİ, QÜVVƏYƏ MİNMƏSİ
5.1. Müqavilə imzalan andan qüvvəyə minir və 1 (bir) il
müddətinə qüvvədədir.
5.2. Kirayəçi bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra,
onun müddətinin uzadılmasında üçüncü şəxslər qarşısında üstünlük hüququna
malikdir.
6. MÜBAHİSƏLƏRIN HƏLLİ
6.1. Tərəflər arasında bu
müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll
olunur.
6.2. Bu müqavilədən irəli gələn
mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda,
həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə
qaydasında həll edilir.
7. YEKUN MÜDDƏALAR
7.1. Bu müqavilənin şərtləri
konfidensialdır, aidiyyatı şəxslər və orqanlar istisna olmaqla, digər şəxslərin
dairəsində hər hansı bir formada açıqlana və yayıla bilməz.
7.2. Tərəflər bu Müqavilə üzrə öz
hüquq və vəzifələrini qarşı tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə
bilməzlər.
7.3. Müqaviləyə bütün əlavə və dəyişikliklər
yalnız yazılı şəkildə tərtib edilmiş sənədin Tərəflərin hər ikisinin imzalaması
yolu ilə edilə bilər.
7.3. Bu müqavilə imzalandığı andan onunla bağlı
aparılmış bütün yazışmalar ləğv olunur.
7.4. Bu müqavilə imzalandığı
andan qüvvəyə minir və Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 nüsxədə tərtib
edilərək tərəflərdə saxlanılır.
KİRAYƏYƏ VERƏN Ad: Soyad:Ata
adı: Şəxsiyyət
vəsiqəsinin seriya və nömrəsi: Doğulduğu
yer: Doğulduğu
tarix (gg.aa.iiii): Ünvan:
8. TƏRƏFLƏR
KİRAYƏÇİ Ad: Soyad: Ata adı: Şəxsiyyət
vəsiqəsinin seriya və nömrəsi: Doğulduğu
yer: Doğulduğu
tarix (gg.aa.iiii): Ünvan: