Sunday, March 16, 2014

jQuery dərsləri 3

bu da 3cü dərsimiz, görək hara kimi apara bilirik.
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.

DƏRS 3 YÜKLƏ

Aranızda blogu olan varsa və məqalə yerləşdirməyə icazə verərsə bir məqalə yerləşdirmək istərdim. Mənlə əlaqə saxlasın

jQuery dərsləri 2

jQuerydən ikinci dərsimiz, yavaş-yavaş öyrənin
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.


Bu arada əl işləri ilə maraqlananlar varsa aranızda,əl işləri olan tanışınız varsa: www.handstore.az

jQuery dərsləri 1

jQuerydən də bildiklərimizdən paylaşaq xalqa, millətə, gənclərə, vətən övladlarına :)
yoxlamaq üçün ən sonuncu faylı browserdə yoxlayın, ancaq öyrənmək üçün məsləhət görərdim 1dən başlayıb açıb kodlarına baxın.

DƏRS1 Yüklə


Saturday, February 22, 2014

Mysql sütunun yeri

Deyəlim 500 nəfər istifadəçi var mysqldə. İstifadəçilər xallara görə sıralanır bizə lazımdı hazırki istifadəçinin neçənci yerdə olduğunu tapmaq.

SELECT COUNT(*) FROM istifadechi_cedveli WHERE istifadechi_xali > $hazirki_istifadechinin_xali

bu kod hazırki istifadəçinin xalından çox xalı olan istifadəçiləri sayını verir. >= də yazmaq olar, belə olduqda istfadəçini xalına bərabər xalları da nəzərə alacaqdır.

Facebook App FQL

Facebook app yazanlar üçün, əgər bir dəfədə bir neçə istifadəçinin adını götürmək istəyirsinizsə:

SELECT name FROM user WHERE uid = '100000086772131' OR uid = '4'


Rənglərin kodları

Saytda istifadə etdiyim çox bəyəndiyim rənglərin HTML kodları

#AF81C9
#F89A7E
#F2CA85
#54D1F1
#7C71AD
#445569

Başqa bildiyiniz kodlar varsa şərhdə paylaşa bilərsiniz.
mənbə: www.colorcombos.com

Friday, February 21, 2014

Əl işlərinin satışı - www.handstore.az

Azərbaycanda yeni bir sayt açılıb. Əl işlərinin internet üzərindən satışı. Əslində bu tip saytlar mövcuddur sadəcə olaraq bu sayta yeni deməyimin səbəbi sayta digərlərindən fərqli olaraq birçox üstün cəhətləri var. Əl işi bacarığı olanlar öz əl işlərini sayta daxil edir.
1. Almaq istəyənlər isə bəyəndiyi əl işini online olaraq pulunu ödəyir. Pul əl işini hazırlayan istifadəçinin balansına keçmir hələki. 



2. Əl işi bacarığı olan şəxs əl işini hazırlayır, Azər poçt vasitəsi ilə sifarişçinin təyin etdiyi adresə göndərir.

3. Göndərən şəxs Azərpoçtdan ştrix kod əldə edir və sayta yerləşdirir.

4. Sayt ştrxi kod vasitəsi ilə məhsulu izləyir. Məhsul adresə çatdıqdan sonra əl işi bacarığı olan şəxsin balansına pul keçirilir.

Əgər ağlınızda hər hansı bir məhsul var, ancaq tapa bilmirsinizsə onda saytda daxil olub sifariş bölməsindən sifarişlə hazırlatdıra bilərsiniz.

Saturday, September 21, 2013

idnin on on artması

bəzəm bazada id on on artır, belə bir problemlə qarşılaşdıqda aşağıdakı əmrləri verirsiniz.

mehsul, mehsul_tmp, ad, description, sekil bölmələrini müvafiq formada öz bazanısa uyğun tənzimləyin.

CREATE TABLE mehsul_tmp LIKE mehsul;

INSERT INTO mehsul_tmp (ad, description, sekil)
SELECT ad, description, sekil FROM mehsul ORDER BY id;

RENAME TABLE mehsul TO mehsul_old;

RENAME TABLE mehsul_tmp TO mehsul;

Saturday, August 31, 2013

Aylıq Traffik

Aylıq traffik nədir?
Monthly Bandwith adı ilə rast gəlinir cPanel işlədənlərdə.
Saytda deyəlim istifadə etmisiniz 5ədəd şəkil, hər biri 500kb
beləliklə bir istifadəçi saytınıza daxil olduqda sizin Bandwithdan 5*500kb istifadə olunur.
Bəs istifadə olunduqda nə olacaq?
Sizin hostingin sizə icazə verdiyi qədər bandwithdan istifadə edə bilərsiniz. İcazə verilən limiti keçdikdə artıq saytınız açılmayacaq.
Bəs nə etmək lazımdır?
1-saytda istifadə olunan şəkil, video,mahnı və.s bunları maksimum dərəcədə həcmini az edirsiniz.
Şəkilləri png formatında saytda istifadə edin.
2-əgər ayın ortasında limiti keçdiniz və saytınız bağlandısa gələn ayı gözləyirsiniz, hər ay istifadə etdiyiniz aylıq trafikiniz sıfırlanır. saytınız yenidən işə düşür
3-biraz pul ödəyib daha çox traffik ala bilərsiniz.