bəzən məqalənin ədəbiyyat siyahısında, qeydlərdə, dipnotlarda belə bir sözlə qarşılaşırıq.
a.g.e - Adı Geçen Eser deməkdir
a.g.m - Adı Geçen Makale
a.g.b - Adı Geçen Belge
a.g.t - Adı Geçen Tez
gös.yer. Gösterilen Yer
PDF faylını açdıqdan sonra sağ düyməni basıb "Document properties"(sondan ikinci)- seçin. Yeni açılan pəncərədə yuxarı menyudan 3cü menyudan PDF faylında istifadə olunan fontlarla tanış ola bilərsiniz. Daha sonra PDF faylından istədyiniz cümləni seçib WORD documentə atın və yuxarıda menyuda font siyahısından həmin cümlənin hansı fontda olmasını görəcəksiniz.
Google adsense - dən pulu çəkmək üçün nələr lazımdır?
1) minimum 100$ -a çatmalıdır qazancınız
2) "Azər Türk Bank" - da dollar hesabı açırsınız. Kartlı hesab. Minimum Visa Electron. Kartsız hesab olmasın. Mən tez olması üçün kartsız hesab istəmişdim. Ancaq yoxladıqda gördüm ki, qəbul etmədi.
3) Hesab açdıqda IBAN və SWIFT-BIK - kodlarını əldə etməyi unutmayın.
Balansınız 100$-a çatdıqda IBAN və SWIFT-BIK kodlarını Googlda təyin olunmuş yerə daxil edirsiniz. 3-5iş günü ərzində pulunuz hesabınıza köçəcəkdir. Uğurlar!
Vaxt var idi ki, SSL tapmaq mümkün deyildi, daha doğrusu mümkün idi ancaq çox baha idi. Ancaq indi 10$-a da almaq mümkündür. Aşağıda nümunə saytlar verirəm:
İBAN və S.W.I.F.T. BİK - bunlar bank rekviziləridir.Yeni bank hesabı açdıqda bankdan bu məlumatlar sizə verilir. Bu məlumatlar əsasən beynəlxalq ödəmələr lazım gəlir. Mən bu məlumatlarla Google adsense - ilə maraqlandıqda qarşıma çıxdı. Google adsensdən istifadə edən varsa əgər, həmin şəxslər qazandıqları pulu əldə etmək üçün yuxarıda adları çəkilən məlumatlar tələb olunacaq. Onun üçün Banka gedirsiniz, dollar bank hesabı açırsınız və bank rekvizitlərini tələb edirsiniz. İBAN - Müxbir hesab olaraq qeyd olunur bəzi banklarda.