Wednesday, February 24, 2021

Kirayə müqaviləsi nümunəsi

 Mənbə: http://www.rights.az/senednumuneleri/muqavileler/587-ya-ayi-sah-sinin-kiray-si-m-qavil-si

YAŞAYIŞ SAHƏSİNİN KİRAYƏSİ HAQQINDA

 

M Ü Q A V İ L Ə  № ____

 

Bakı şəhəri                                                                                                        “__” ______ 2016-ci il

 

Biz aşağıda imza edənlər, bir tərəfdən bundan sonra Kirayəyə verən adlanacaq ___________________ (Ş/V: AZE №_______, __.__.______-ci il tarixdə _________ tərəfindən verilib), digər tərəfdən bundan sonra Kirayəçi adlanacaq ___________________ (Ş/V: AZE №_______, __.__.______-ci il tarixdə _________ tərəfindən verilib) bu müqaviləni aşağıdakı şərtlərlə bağladıq:

 

 

1. MÜQAVİLƏNİN PREDMETİ

 

1.1.           Bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə Kirayə yəverən 1.2-ci bənddə göstərilmiş ” Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı _____________ saylı çıxarışa əsasən mülkiyyətində olan mənzili yaşayış sahəsi qismində istifadə edilməsi üçün Kirayəçinin istifadəsinə verməyi, Kirayəçi isə bunun qarşılığında hər ay ___ (_________) manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürür.

1.2.           Kirayə predmeti Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E. Həsənov küç. ev 99, mənzil 999 ünvanında yerləşir və ümumi sahəsi 99,99 kv.m. təşkil edir.

 

2.             ÖDƏNİŞLƏR

 

Kirayə haqqının ödənilməsi kirayə münasibətərinin yaranmasından (Muqavilənin 3.1.4-cü bəndində qeyd edilən Aktın imzalanma tarixindən) başlayaraq hər növbəti ayın 01-dən 05-dək nağd qaydada həyata keçiriləcəkdir.

 

 

3.             TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

3.1.                Kirayəyə verənin hüquq və vəzifələri:

3.1.1.                 Aylıq kirayə haqqının vaxtında ödənilməsini Kirayəçidən tələb etmək.

3.1.2.                 Hər ayda 1 (bir) dəfə kirayə predmetinə baxış keçirmək.

3.1.3.        Kirayə predmetini 3-cü şəxslərin iddiasından, tələb və pretenziyasından azad şəkildə müqavilə bağlandığı gün ərzində Kirayəçiyə təhvil vermək.

3.1.4.        Kirayə predmetini, onun daxilində olan və məişət təyinatlı avadanlıqları işlək vəziyyətdə, sanitar-gigiyenik qaydalarına cavab verən şəkildə aktla Kirayəçinin istifadəsinə verir (akt bu Müqaviləyə əlavə olunur). Aktda həmçinin təhvil-təslim zamanı su, işıq, qaz və digər kommunal xərclər üzrə cari borclar da əks olunmalıdır.

3.1.5.        Kirayəçinin kirayə predmetindən qanunvericiliyə və müqaviləyə uyğun  istifadəsinə hər cür şərait yaradır, razılaşdırılmış həcmdə və keyfiyyətdə təsərrüfat təyinatlı ləvazimatları təmin edir.

3.1.6.    Kirayəçinin kirayə predmetindən normal istifadəsi üçün yarana biləcək maneələri aradan qaldırır.

3.1.7.        Kirayəçinin təqsiri olmadan baş vermiş texniki-kommunal (su axıtmadan, qaz  sızmadan, elektrik gərginliyinin artması-azalmasından, yanğın və s.) qəza və zədələnmələri öz vəsaiti hesabına aradan qaldırır.

3.1.8.        Kirayə verən Müqavilə müddətinin bitməsinədək müqaviləyə xitam vermək istədikdə bu barədə 1(bir) ay qabaqcadan Kirayəçini xəbərdar etməlidir.

 

3.2.          Kirayəçinin hüquq və vəzifələri:

3.2.1.        Kirayə predmetindən və onun daxilində olan məişət təyinatlı avadanlıqlardan istifadə edilərkən texniki təhlükəsizlik və sair qaydalara əməl edilməsini təmin etmək.

3.2.2.         Kirayə haqqını vaxtında və tam şəkildə ödəyir.

3.2.3.          Su, zibil, kanalizasiya, elektrik və qazdan istifadəyə görə kommunal xidmətlərlə əlaqədar xərclərin ödənilməsini öz üzərinə götürür.

3.2.4.         Kirayə predmetindən istifadə edərkən kirayə predmetində yaşayan şəxslərin təqsiri üzündən zədələnmələr baş verdikdə onları öz hesabına aradan qaldırmalıdır.

3.2.5.         Müqavilə müddəti qurtardıqda kirayəçi müqavilə müddətini uzatmaq istəmədikdə kirayə predmetini 20(iyirmi) gün ərzində Kirayəyə verənə təhvil verməli və bununla əlaqədar heç bir tələb irəli sürməməlidir.

3.2.6.         Müqavilə müddətinin bitməsinədək Kirayəçinin kirayə predmetini tərk etmək istəyi olduqda o bu barədə Kirayə verənə 1(bir) ay qabaqcadan xəbərdarlıq etməlidir.

3.3.             Tərəflər Azərbaycan Respublikası mülki qanunvericiliyindən, bu müqavilədən və   kirayənin mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar.

3.4.             Tərəflər kirayə predmetini və onun daxilində olan məişət avadanlıqlarının təhvil-təslimini və işlək vəziyyətdə olmasını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Akt ilə rəsmiləşdirirlər.

 

 

                                           4. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

 

4.1.           Bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində, tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar.

4.2.           KİRAYƏÇİnin səhlənkarlığı və ya təqsiri olaraq baş vermiş texniki-kommunal (su axıtmadan, qaz sızmadan, yanğından və s.) qəza və zədələnmələri öz vəsaiti hesabına aradan qaldırır. Təbii fəlakətlər və Kirayəçinin təqsiri olmayan digər hadisələrdən zədələnmələrə görə Kirayəçi heç bir məsuliyyət daşımayacaq.

4.3.     Tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar.

4.4.     Fors-major hallar tərəflərin müqavilə bağlayarkən öncədən nəzərdə tutmadıqları zəlzələ və s. təbii fəlakətlər, tətil, müharibə, terror hadisələri və digər bu kimi hallardır.

 

 

5. MÜQAVİLƏNİN MÜDDƏTİ, QÜVVƏYƏ MİNMƏSİ

 

5.1.     Müqavilə imzalan andan qüvvəyə minir və 1 (bir) il müddətinə qüvvədədir.

5.2.     Kirayəçi bu müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra, onun müddətinin uzadılmasında üçüncü şəxslər qarşısında üstünlük hüququna malikdir.

 

 

6. MÜBAHİSƏLƏRIN HƏLLİ

 

6.1.     Tərəflər arasında bu müqavilənin icrasından irəli gələn mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur.

6.2.     Bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılaşma mümkün olmadıqda, həmin mübahisələr Azərbaycan Respublikası qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.

 

 

7. YEKUN MÜDDƏALAR

 

7.1.     Bu müqavilənin şərtləri konfidensialdır, aidiyyatı şəxslər və orqanlar istisna olmaqla, digər şəxslərin dairəsində hər hansı bir formada açıqlana və yayıla bilməz.

7.2.     Tərəflər bu Müqavilə üzrə öz hüquq və vəzifələrini qarşı tərəfin yazılı razılığı olmadan üçüncü şəxslərə verə bilməzlər.

7.3.     Müqaviləyə bütün əlavə və dəyişikliklər yalnız yazılı şəkildə tərtib edilmiş sənədin Tərəflərin hər ikisinin imzalaması yolu ilə edilə bilər.

7.3.      Bu müqavilə imzalandığı andan onunla bağlı aparılmış bütün yazışmalar ləğv olunur.

7.4.     Bu müqavilə imzalandığı andan qüvvəyə minir və Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 2 nüsxədə tərtib edilərək tərəflərdə saxlanılır.

 

 

KİRAYƏYƏ VERƏN        

Ad:

Soyad:Ata adı:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi:

Doğulduğu yer:

Doğulduğu tarix (gg.aa.iiii):

Ünvan:

 

 
8. TƏRƏFLƏR

KİRAYƏÇİ 

Ad:

Soyad:

Ata adı:

Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi:

Doğulduğu yer:

Doğulduğu tarix (gg.aa.iiii):

Ünvan:

 

 
 

Sunday, March 11, 2018

Məqalə yazarkən referansları düzgün yazmaq

Məqalə yazanlar referansları/ ədəbiyyat siyahısını düzgün yazmaq üçün burda yazılan qaydaları oxuması məsləhətdir

http://www.diyalektolog.com/hususlar.html



Dipnot qısaltmaları

bəzən məqalənin ədəbiyyat siyahısında, qeydlərdə, dipnotlarda belə bir sözlə qarşılaşırıq.
a.g.e - Adı Geçen Eser deməkdir
a.g.m - Adı Geçen Makale
a.g.b - Adı Geçen Belge
a.g.t - Adı Geçen Tez
gös.yer. Gösterilen Yer

Pubmed-lə bağlı bəzi yararlı linklər

Pubmedin dəstəklədiyi Türkiyəsnin jurnallarından birini tapdım, çox araşdlrmadım hələki. Sizin dı bildiyiniz jurnallar varsa şərhə yazın. Kardioloji jurnaldır.

https://www.ncbi.nlm.nih.gov/nlmcatalog?term=%22Turk+Kardiyol+Dern+Ars%22%5Bta%5D

Pubmedin dəstəklədiyi jurnalların siyahısı burada:

https://www.ncbi.nlm.nih.gov/projects/linkout/journals/jourlists.fcgi?typeid=1&type=journals&operation=Show

Pubmedə məlumat ötürmə yolu

https://www.ncbi.nlm.nih.gov/books/NBK3828/#publisherhelp.How_do_I_know_if_my_journa

Pubmed linkout:

https://www.ncbi.nlm.nih.gov/projects/linkout/

Pubmedə yazı göndərən servislərdən biri:

http://abstractagent.com/home/?sp=pubmed

PDF faylındakı fontu/şrifti təyin et

PDF faylını açdıqdan sonra sağ düyməni basıb "Document properties"(sondan ikinci)- seçin. Yeni açılan pəncərədə yuxarı menyudan 3cü menyudan PDF faylında istifadə olunan fontlarla tanış ola bilərsiniz. Daha sonra PDF faylından istədyiniz cümləni seçib WORD documentə atın və yuxarıda menyuda font siyahısından həmin cümlənin hansı fontda olmasını görəcəksiniz. 

Tuesday, September 5, 2017

Thursday, February 18, 2016

Google Adsense - dən pulu çəkmək

Google adsense - dən pulu çəkmək üçün nələr lazımdır?

1) minimum 100$ -a çatmalıdır qazancınız
2) "Azər Türk Bank" - da dollar hesabı açırsınız. Kartlı hesab. Minimum Visa Electron. Kartsız hesab olmasın. Mən tez olması üçün kartsız hesab istəmişdim. Ancaq yoxladıqda gördüm ki, qəbul etmədi.
3) Hesab açdıqda IBAN və  SWIFT-BIK - kodlarını əldə etməyi unutmayın.

Balansınız 100$-a çatdıqda IBAN və SWIFT-BIK kodlarını Googlda təyin olunmuş yerə daxil edirsiniz. 3-5iş günü ərzində pulunuz hesabınıza köçəcəkdir. Uğurlar!

Friday, January 8, 2016

Odnoklassnikdə sizi dostluqdan kim silib?

Artıq odnoklassnikdə də sizi silən dostunuzun kim olduğunu öyrənə biləcəksiniz. Bunun üçün: www.nayti.org saytına daxil olub programa qoşulun.

Friday, December 25, 2015

SSL , HTTPS

Vaxt var idi ki, SSL tapmaq mümkün deyildi, daha doğrusu mümkün idi ancaq çox baha idi. Ancaq indi 10$-a da almaq mümkündür. Aşağıda nümunə saytlar verirəm:

www.name.com
www.webhostingbuzz.com

Wednesday, December 23, 2015

Sosial şəbəkələr üçün paylaşım keçidləri



http://www.facebook.com/sharer.php?u={url}&t={title}
http://www.liveinternet.ru/journal_post.php?action=n_add&cnurl={url}&cntitle={title}
http://www.livejournal.com/update.bml?event={url}&subject={title}
http://connect.mail.ru/share?url={url}&title={title}
http://www.odnoklassniki.ru/dk?st.cmd=addShare&st._surl={url}&title={title}
http://twitter.com/share?text={title}&url={url}
http://vkontakte.ru/share.php?url={url}http://www.google.com/buzz/post?message={title}&url={url}
http://del.icio.us/post?url={url}&title={title}
http://digg.com/submit?url={url}&title={title}&media=news&topic=people&thumbnails=0
http://reddit.com/submit?url={url}&title={title}
http://www.technorati.com/faves?add={url}
http://share.yandex.ru/go.xml?service=yaru&url={url}&title={title}
http://share.yandex.ru/go.xml?service=lj&url={url}&title={title}
http://share.yandex.ru/go.xml?service=twitter&url={url}&title={title}
http://share.yandex.ru/go.xml?service=facebook&url={url}&title={title}
http://share.yandex.ru/go.xml?service=vkontakte&url={url}&title={title}