Friday, August 31, 2012

Twitter və Onun incəlikləri

Salam..
Bu yazını yazdığım gün Ramil Səfərovun azad olduğu gün idi və bugünə kimi Twitter mənim üçün çox da maraqlı deyildi.Twitterimə daxil oldum və orda isitfadəçilərin Ramil Səfərov haqqında yazdıqları statuslara nəzər salmağa başladım.Bir statusdan keçdim digərinə..digərindən o birini..bu formada bir çox status oxudum.Bütün bu oxuduğum statusların hamısında bir ortaq yazını müşahidə etdim. #Ramil,#RamilSafarov..bu formada yazılan sözlərin üzərinə tıkladıqda bütün dünyada twitter üzərində #Ramil - işarəsi olan istifadəçilərin paylaşdıqları statusları göstərdi.Beləliklə twitterdə Ramil Səfərov haqqında insanların nə danışdığını,nə düşündüyünü oxudum.Buna azərbaycanlılar tərəfindən yazılan xoş statuslar və ermənilər tərəfindən yazılan naxoş statuslar daxil idi.Beləliklə twitterdə paylaşacağınız yazının twitter istifadəçiləri üçün maraq doğuracağını düşünürsünüzsə yazıdakı əsas sözün əvvəlinə #-işarəsi qoyun.Həmçinin sizin üçün də maraqlı olan hansısa bir mövzu varsa həmin mövzu barədə twitterdə nələr danışıldığını öyrənmək istəsəniz http://search.twitter.com/ aresinə daxil olub sizə maraqlı olan sözü aştarış bölməsindən axtarın.Twitterin başqa incəliklərinin də olduğuna əminəm..onu da artıq siz şərhdə digər dostlarımız üçün yazıb paylaşın..:)..Ümid edirəm bu yazım bir çoxları üçün yararlı olacaq..mənim twitter adresim: http://twitter.com/CavadovArif