Friday, September 7, 2012

Phpdə Curl

PHP, Daniel Stenberg tərəfindən yazılan libcurl kitabxanasını dəstəkləyir. libcurl kitabxanası fərqli protokollarla əlaqə qurmağımıza kömək edir. libcurl, halhazırda http, https, ftp, gopher, telnet, dict, file ve ldap protokollarını dəstəkləyir. Hətta, HTTPS sertifikatlarını, HTTP POST, HTTP PUT, FTP yükləmə, HTTP form yükləməsini,proxyləri, cookieləri ve istifadəçi adı və şifrə təstiqləməsini də dəstəkləyir.

Siz Curldan istifadə edərək aşağıdakıları edə bilərsiniz.
Ödəmə işlərini.
Faylları,səhifələri yükləmək və endirmək.
Saytlara istifadəçi adı və şifrə ilə saytdakı hesabınıza daxil olmaq və.s.

Curl aşağıdakı ardıcıllıqla kodlaşdırılır.

curl_init – Başlatma hissə.

curl_opt – Bu hissə əsas hissə olub nə etmək istədiklərimizi yazırıq.

curl_exec – Yuxarıdakı tələblərimizi yerinə yetirir.

curl_close – Kodumuzu sonlandırır.

<?php
//başlatdıq
$start = curl_init();

//----tələblərimiz-----//
//burda adresi təyin edirik
curl_setopt($start, CURLOPT_URL, 'http://newsroom.fb.com/');

//tələbimizin tətbiqi
$netice = curl_exec ($start);

//son
curl_close ($start);

?>
Curlda tələblər çoxdu.Daha ətraflı axtarış edib özünüz tətbiq edib yoxlayın.Hətta yoxladığınız kodunuzu şərhdə bizimlə paylaşa bilərsiniz.Uğurlu dərslər.

No comments:

Post a Comment