Sunday, March 16, 2014

SEO 1

SEO -dan başı çıxan tanışın var??

Ən son mənə bu sual veriləndən sonra, hiss elədim ki, ölkədə SEO məlumatı qıtlığı var. Təcili yazmaq lazımdı..İndi yazacaqlarımı bəlkə də kiməsə desəniz inkar edəcək ki, yox yalandı filan inanmıyın. Çünki google -un özünün yazdıqlarını oxuyub yazıram.. ;)
Aha deməli SEO  bildiyimiz kimi saytın axtarış sistemlərində ön sıralarda gəlməsində bizə kömək edən bir sahədir deyək. SEO vasitəsi ilə biz axtarış sistemlərinə öz saytımızı tanıda bilirik, axtarış sistemlərinin saytımızı tərkibini oxumasına kömək edirik və.s Bəs bunları niyə edirik? Çünki axtarış sistemlərində ön sıralarda gəlmək saytın istifadəçilərinin sayının artması deməkdir. Bir sözlə əsas məqsədimizə çatmaq deməkdir..Ən məhşur axtarış sistemi Google olduğuna görə mən sadəcə Googlu araşdırdım, yəqin ki, digərləri də bundan çox fərqlənməzlər.

1) <title>Saytın adı : Səhifə haqqında 2-3 söz</title>

2) meta description="Sayt haqqında düzgün, təkrarlanan sözlərdən ibarət olmayan, hər səhifənin özünə məxsus açıqlamasının olması məsləhətlidir."

3) meta keywords="vergüllə,ayrılmış,təkrarlanmayan,sözlər,daxil,edirsiniz,bir,sözün,müxtəlif,formalarını,yazıb,doldurmaq,olmaz"

4)<meta name="robots" content="NOODP"> bu tegi də axtarış sistemlərində çıxamasını istəmədiyiniz səhifələrə yerləşdirirsiniz.

hələki bu qədər araşdırdım, araşdırdıqca atacam bura.

No comments:

Post a Comment